Slips, Trips and Falls (AZ)

Azerbaijani Flag

Əlavə rüsum olmadan ödənişlər AZN-lə qəbul edilir.
Bunun üçün ödəniş zamanı uyğun valyutanın seçilməsi vacibdir.

ELS kursları normativ sənədlər və üstün sənaye təcrübəsi əsasında hazırlanmış və müvafiq beynəlxalq standartların tələblərinə uyğunlaşdırılmışdır.

ELS Sağlamlıq və Təhlükəsizlik e-kurslarının məqsədi müvafiq sahələr üzrə təhlükəsizlik sertifikat proqramlarının onlayn öyrədilməsidir.

Sağlamlıq və Təhlükəsizlik təlim kursları, neft və qaz, inşaat, kimya, qida sənayesi və s. daxil olmaqla müasir sənaye sahələrinin tələblərinə cavab vermək üçün diqqətlə hazırlanmışdır.

Sağlamlıq və Təhlükəsizlik (Health&Safety) kateqoriyasına daxil olan təlim kursları müxtəlif səviyyələrdə asandan mürəkkəbə doğru qrup və ya tək halda təqdim olunur.

İştirakçıların lazımi səriştəlik səviyyəsinə çatmasından əmin olmaq üçün onlar e-təlim kursunu və müvafiq imtahanları müvəffəqiyyətlə başa vurmalıdılar.

E-kurslarda uğurlu nəticə göstərən iştirakçılara TCS tərəfindən bütün dünyada keçərli sertifkatlar verilir.

Hədəf auditoriyası: Bu kurs bütün işçilər üçün nəzərdə tutulmuşdur.

Təlimin məqsədi: İlişmə, sürüşmə, yıxılmanın səbəbləri barədə işçilərin maarifləndirilməsi və riskinin azaldılması üçün təhlükəsiz iş üsulunun öyrədilməsi

Qiymətləndirilmə: Yekun testin uğurla başa vurulması üçün iştirakçı ən az 80% nəticə göstərməlidir. İlk cəhd uğursuz olduğu təqdirdə iştirakçı ikinci şansdan – 10% şərtilə istifadə edə bilər, yəni 2-ci şansı istifadə nəticəsində əldə edilə biləcək makasimal nəticə 90% ola bilər.

Qeyd: Müştəri məmnuniyyətinə dəyər verən bir komanda olaraq bizimlə olan təcrübənizin maksimal dərəcədə xoş keçməsi üçün əlimizdən gələni edirik. Bu səbəbdən hər bir ödənişli təlimin ilk dərsi sizlərə ödənişsiz təqdim olunur. Beləliklə, material və dərs strukturu ilə tanış olduqdan sonra təlimi almaq barədə qərar qəbul edə bilərsiniz. Ödəniş etdikdən sonra tam təlim proqramına giriş əldə etmiş olursunuz. Bu proqrama yazılı materiallar, videolar və tapşırıqlar daxildir. Tam proqrama giriş əldə etdikdən sonra geri ödəniş tələb etməniz mümkün deyildir. Bunun səbəbi isə proqrama daxil olan materialların geri qaytarılmasının mümkün olmamasıdır.

1
İlişmə, Sürüşmə, Yıxılmanın Vurduğu Zərərlər
2
İlişmə, Sürüşmə, Yıxılmanın Vurduğu Zərərlər (Quiz)
2 questions
3
İlişmə, Sürüşmə, Yıxılmanın Səbəbləri
4
İlişmə, Sürüşmə, Yıxılmanın Səbəbləri (Quiz)
2 questions
5
Risk Amili
6
Risk Amili (Quiz)
2 questions
7
Önləyici Tədbirlər və Riskin Azaldılması
8
Önləyici Tədbirlər və Riskin Azaldılması (Quiz)
2 questions
9
İlişmə, Sürüşmə və Yıxılma – Xülasə
10
İlişmə, Sürüşmə və Yıxılma – Nəzəri Qiymətləndirmə
10 questions

Be the first to add a review.

Please, login to leave a review
Course available for 30 days
Get course
Enrolled: 167 students
Duration: 1 hour
Lectures: 5
Level: Intermediate
We use cookies to improve user experience and analyze website traffic. By clicking "Ok, I agree", you agree to our website's cookie use as described in our Cookie Policy.