Minimum Industry Safety Requirements (AZ)

Eng Flag

Əlavə rüsum olmadan ödənişlər AZN-lə qəbul edilir.
Bunun üçün ödəniş zamanı uyğun valyutanın seçilməsi vacibdir.

ELS kursları normativ sənədlər və üstün sənaye təcrübəsi əsasında hazırlanmış və müvafiq beynəlxalq standartların tələblərinə uyğunlaşdırılmışdır.

ELS Sağlamlıq və Təhlükəsizlik e-kurslarının məqsədi müvafiq sahələr üzrə təhlükəsizlik sertifikat proqramlarının onlayn öyrədilməsidir.

Kursun İcmalı:

Bu kurs beynəlxalq qabaqcıl təcrübələrə əsaslanan Minimum Sənaye Təhlükəsizliyi tələblərini əhatə edir. MIST (Minimum Sənaye Təhlükəsizliyi Təlimi) işçilərə iş yerində təhlükəsizlik tələbləri və özlərini və əməkdaşlarını qəzalardan qorumaq üçün edə biləcəkləri tədbirlər haqqında müvafiq məlumat verir.

Bu kurs kimlər üçündür?

Bu kurs Minimum Sənaye Təhlükəsizliyi tələbləri haqqında bilik əldə etmək istəyən hər kəs üçün uyğundur. Bu, Sağlamlıq və Təhlükəsizlik sahəsində yeni olan və ya sənayedə təhlükəsizlik tələbləri üzrə biliklərini təkmilləşdirmək istəyənlər üçün qabaqcıl kursdur. İştirakçılar nəzərə almalıdırlar ki, bu kurs insan həyatı üçün riskin çox yüksək olduğu qeyd olunan əsas təhlükələri özündə cəmləyir, lakin iş yerindəki bütün təhlükələri əhatə etmir.

Giriş Tələbləri:

Əsas bacarıqlar: bu təlim kursu üçün rəsmi qəbul tələbləri yoxdur. Windows, Android, və ya Apple əməliyyat sistemlərinin son yenilənmiş versiyası olan noutbuk/ kompüter / planşet vasitəsilə internetə üzərindən istifadə etmək olar.

Kursun Strukturu:

Bu kurs sizə effektiv şəkildə öyrənməyə kömək edəcək mətn və digər köməkçi vasitələrdən, o cümlədən, dərs zamanı və sonda testlərdən ibarətdir. Son testdən uğurla keçdikdən sonra sertifikatı yükləyə bilərsiniz. Əgər siz sertifikatın çap versiyasını əldə etmək istəyirsinizsə, bizimlə elearning@tcsgl.com vasitəsi ilə əlaqə saxlaya bilərsiniz.

Öyrənəcəkləriniz:

  • Əsas təhlükəsizlik mülahizələri.

  • Təhlükəsiz iş sistemi.

  • İş yerində Ümumi Təhlükələr.

  • İş Yerindəki Təhlükələrə Nəzarət Üsulları.

  • Hadisələr və Qəzalar.

Qiymətləndirilmə

Yekun testin uğurla başa vurulması üçün iştirakçı ən az 80% nəticə göstərməlidir. İlk cəhd uğursuz olduğu təqdirdə iştirakçı ikinci şansdan – 10% şərtilə istifadə edə bilər, yəni 2-ci şansı istifadə nəticəsində əldə edilə biləcək makasimal nəticə 90% ola bilər.

Niyə məhz ELS?

  • Kurslar Beynəlxalq Rəhbərlik Prinsipləri və Aparıcı Sənaye prinsipləri əsasında hazırlanır.

  • Kurslar mövzular üzrə ekspertlər tərəfindən hazırlanır və təqdim edilir.

  • Kurslar Keyfiyyətə görə yoxlanılır və müvafiq qaydada akkreditasiya olunur.

  • Kurs üzrə Sertifikatlar bütün dünyada tanınır.

  • Biz gənc nəslin inkişafını dəstəkliyirik.

Qeyd: Müştəri məmnuniyyətinə dəyər verən bir komanda olaraq bizimlə olan təcrübənizin maksimal dərəcədə xoş keçməsi üçün əlimizdən gələni edirik. Bu səbəbdən hər bir ödənişli təlimin ilk dərsi sizlərə ödənişsiz təqdim olunur. Beləliklə, material və dərs strukturu ilə tanış olduqdan sonra təlimi almaq barədə qərar qəbul edə bilərsiniz. Ödəniş etdikdən sonra tam təlim proqramına giriş əldə etmiş olursunuz. Bu proqrama yazılı materiallar, videolar və tapşırıqlar daxildir. Tam proqrama giriş əldə etdikdən sonra geri ödəniş tələb etməniz mümkün deyildir. Bunun səbəbi isə proqrama daxil olan materialların geri qaytarılmasının mümkün olmamasıdır.

E-kurslarda uğurlu nəticə göstərən iştirakçılara TCS tərəfindən bütün dünyada keçərli sertifkatlar verilir.

1
Təhlükəsizliklə Bağlı Əsas Xüsusiyyətlər
2
Təhlükəsizliklə Bağlı Əsas Xüsusiyyətlər (Quiz)
2 questions
3
Təhlükəsiz İş Sistemi – Hissə 1
4
Təhlükəsiz İş Sistemi – Hissə 1 (Quiz)
4 questions
5
Təhlükəsiz İş Sistemi – Hissə 2
6
Təhlükəsiz İş Sistemi – Hissə 2 (Quiz)
3 questions
7
Təhlükəsiz İş Sistemi – Hissə 3
8
Təhlükəsiz İş Sistemi – Hissə 3 (Quiz)
3 questions
9
İş Yerində Ümumi Təhlükələr – Hissə 1
10
İş Yerində Ümumi Təhlükələr – Hissə 1 (Quiz)
3 questions
11
İş Yerində Ümumi Təhlükələr – Hissə 2
12
İş Yerində Ümumi Təhlükələr – Hissə 2 (Quiz)
5 questions
13
İş Yerində Ümumi Təhlükələr – Hissə 3
14
İş Yerində Ümumi Təhlükələr – Hissə 3 (Quiz)
7 questions
15
İş Yerində Ümumi Təhlükələr – Hissə 4
16
İş Yerində Ümumi Təhlükələr – Hissə 4 (Quiz)
3 questions
17
İş Yerində Ümumi Təhlükələr – Hissə 5
18
İş Yerində Ümumi Təhlükələr – Hissə 5 (Quiz)
5 questions
19
Qəzalar və Hadisələr
20
Qəzalar və Hadisələr (Quiz)
5 questions
21
Minimum Sənaye Təhlükəsizliyi – Xülasə
22
Minimum Sənaye Təhlükəsizliyi – Nəzəri Qiymətləndirmə
20 questions

Be the first to add a review.

Please, login to leave a review
Course available for 60 days
Get course
Enrolled: 37 students
Duration: 11 hours
Lectures: 11
Level: Intermediate
We use cookies to improve user experience and analyze website traffic. By clicking "Ok, I agree", you agree to our website's cookie use as described in our Cookie Policy.